İsraildə üzərində rus yazıları olan naməlum raket partlayıb
- Ehtimal edilir ki, söhbət Suriyaya məxsus S-200 zenit-raket kompleksindən atılan raketdən gedir. O, Suriya ərazisinə hava zərbələri endirmək cəhdləri zamanı İsrail qırıcılarından birinə yönəlibmiş. Raket hədəfinə çata bilməyib və İsrail hava məkanında partlayaraq yerə düşüb. Təxminən 150 kilometr uçaraq Hayfa yaxınlığında partlayıb. Onun İsrail üzərində görünməsi hava həyəcanına səbəb olub,-məqalədə yazılıb.
Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


