Zelenski Conson, Şolts və Harrislə görüşəcək

Zelenski Conson, Şolts və Harrislə görüşəcək
  19 Fevral 2022    Oxunub:1186
Ukrayna prezidenti Vladimir Zelenski bu gün Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Böyük Britaniyanın baş naziri Boris Conson, Almaniya kansleri Olaf Şolts, ABŞ-ın vitse-prezidenti Kamala Harrislə görüşəcək.
AzVision.az xəbər verir ki, bu barədə Ukrayna liderinin ofisi məlumat yayıb.

"Dövlət başçısının beynəlxalq maliyyə institutlarının nümayəndələri və Ukraynanın digər tərəfdaşları və dostları ilə görüşləri də gözlənilir. Görüşlər çərçivəsində Zelenski Ukraynanın dayanıqlığını gücləndirmək üçün Kiyevə əlavə hərbi və maliyyə dəstəyinin göstərilməsi ilə bağlı konkret razılaşmalar əldə etməyi gözləyir", - açıqlamada vurğulanıb.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Zelenski  



Xəbər lenti