NATO Rusiyanı qoşunlarını Ukrayna sərhədindən çıxarmağa çağırıb

   NATO Rusiyanı qoşunlarını Ukrayna sərhədindən çıxarmağa çağırıb
  19 Fevral 2022    Oxunub:1691
"NATO Rusiyanı Ukrayna ətrafındakı böhranın həlli istiqamətində mühüm addım atmağa və qoşunlarını Ukrayna sərhədlərindən çıxarmağa çağırır".
AzVision.az xəbər verir ki, bu barədə Şimali Atlantika Alyansının baş katibi Yens Stoltenberq Münhen Təhlükəsizlik Konfransında deyib.

“Biz Rusiyanı öz qüvvələrini Ukrayna sərhədlərindən çıxarmağa çağırırıq. Bu, böhranın sülh yolu ilə həlli istiqamətində mühüm ilk addım olmalıdır”, - o bildirib.

NATO-nun baş katibi qeyd edib ki, alyans substantiv dialoq vasitəsilə Moskva ilə əməkdaşlığa hazır olmağa davam edir. Stoltenberqə görə, Şimali Atlantika Alyansı Rusiyaya NATO-Rusiya Şurasında (NRC) adi və nüvə silahlarına nəzarət üzrə bir sıra müzakirələr təklif etməkdə davam edir.

O, Rusiyanı Ukrayna böhranı ilə bağlı diplomatiya yolunu seçməyə çağırıb.
Əlavə edib ki, Avropada təhlükəsizliyin qorunması sıx transatlantik əməkdaşlıq olmadan mümkün deyil: "Mövcud böhran transatlantik münasibətlərin Avropanın təhlükəsizliyi üçün əhəmiyyətini nümayiş etdirir. İki dünya müharibəsi və soyuq müharibə bizə öyrətdi ki, güclü transatlantik əlaqələr olmadan Avropada real təhlükəsizlik yoxdur".

Pərvanə Sultanova
AzVision.az



Teqlər: NATO  



Xəbər lenti