Ukraynanın XİN başçısı ABŞ-a gedir

Ukraynanın XİN başçısı ABŞ-a gedir
  19 Fevral 2022    Oxunub:1334
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba fevralın 19-dan 23-dək Almaniya, Belçika və ABŞ-a səfər etməyi planlaşdırır.
AzVision.az xəbər verir ki, bu barədə Ukraynanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Kuleba fevralın 22-də Vaşinqtonda ABŞ-ın dövlət katibi Entoni Blinkenlə görüşəcək. Tərəflər Ukraynanın Rusiyanın gözlənilən hücumundan qorunması, habelə dövlətin müdafiə qabiliyyətinin gücləndirilməsi məsələlərini müzakirə edəcəklər.

Fevralın 19-da Ukraynanın xarici işlər naziri Dmitri Kuleba prezident Vladimir Zelenski ilə Almaniyaya səfər edəcək və burada Münhen Təhlükəsizlik Konfransında iştirak edəcək.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Kuleba   ABŞ  



Xəbər lenti