Karasin və Abaşidze 3+3 formatını müzakirə edəcəklər
Onun sözlərinə görə, görüş zamanı “3+3” formatı da müzakirə olunacaq. Ehtimal olunur ki, görüş martın ikinci yarısında Praqada keçirilsin.
Karasin deyib ki, hər həftə əlaqə saxlayırlar, lakin indi işçi qruplar çərçivəsində görüşməyib vaxtıdır.
“Uçuşların bərpası, vətəndaşların gediş-gəlişi, viza problemi var. Gündəliyə həm də 3+3 formatı, regional siyasət daxildir”, - Karasin söyləyib.
Xatırladaq ki, 3+3 platformasına Cənubi Qafqaz ölkələri (Ermənistan, Gürcüstan, Azərbaycan), həmçinin Rusiya, İran və Türkiyə daxildir. İlk iki görüş xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçirilib, lakin Gürcüstan tərəfi görüşlərdə iştirakdan imtina edib.
Pərvanə Sultanova
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


