G7 ölkələri XİN başçıları Ukraynanı dəstəklədilər

G7 ölkələri XİN başçıları Ukraynanı dəstəklədilər
  19 Fevral 2022    Oxunub:1475
Dünyanın inkişaf etmiş yeddi ölkəsinin (G7) xarici işlər nazirləri Münhen görüşündə Ukrayna ilə həmrəyliklərini ifadə ediblər.
AzVision.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Almaniya XİN-in bəyanatında bildirilib.

Görüş Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilib.

Qeyd edək ki, G7 ölkələrinə ABŞ, Almaniya, İtaliya, Yaponiya, Kanada, Fransa və Böyük Britaniya daxildir.

AzVision.az



Teqlər: G7   Ukrayna  



Xəbər lenti