Almaniya və Avstriya da vətəndaşlarını Ukraynanı tərk etməyə çağırıb

Almaniya və Avstriya da vətəndaşlarını Ukraynanı tərk etməyə çağırıb
  19 Fevral 2022    Oxunub:1267
Almaniya və Avstriya xarici işlər nazirlikləri vətəndaşlarına Ukraynanı tərk etməyi tövsiyə edib.
AzVision.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Almaniya Xarici İşlər Nazirliyi hərbi toqquşmaların hər an baş verəcəyini nəzərə alaraq bu qərara gəlib.

Avstriyanın Xarici İşlər Nazirliyi öz vətəndaşlarına Lvov, Zakarpatya, İvano-Frankivsk və Çernovtsi istisna olmaqla, Ukraynaya səyahət xəbərdarlığı edib.

AzVision.az



Teqlər: Almaniya   Avstriya   Ukrayna  



Xəbər lenti