Zelenski Ukrayna, Almaniya və Türkiyə ilə BMT TŞ sammitinin keçirilməsini təklif edib

Zelenski Ukrayna, Almaniya və Türkiyə ilə BMT TŞ sammitinin keçirilməsini təklif edib
  19 Fevral 2022    Oxunub:1412
Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna, Almaniya və Türkiyənin iştirakı ilə BMT Təhlükəsizlik Şurasının iclasının çağırılmasını təklif edib.
AzVision.az Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, o bu barədə şənbə günü Münhen Təhlükəsizlik Konfransında deyib.


"Mən yaxın həftələrdə Avropada təhlükəsizlik problemlərinin həlli üçün Ukrayna, Almaniya və Türkiyənin iştirakı ilə BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan dövlətlərin sammitini çağırmağı təklif edirəm", - Zelenski qeyd edib.

Bundan əlavə, Ukrayna Prezidentinin sözlərinə görə, o, BMT Təhlükəsizlik Şurasına Ukrayna üçün yeni, effektiv təhlükəsizlik təminatları hazırlamağı təklif edir.

AzVision.az



Teqlər: Zelenski   BMT-TŞ  



Xəbər lenti