Facebook məxfilik siyasətini dəyişir

Facebook məxfilik siyasətini dəyişir
  09 Aprel 2014    Oxunub:1684
Yeni dizaynının təqdimatından sonra Facebook sosial şəbəkəsinin məxfilik tənzimləmələrindəki dəyişikliklər də təqdim olunub.
Ötən gün baş tutan təqdimatda bildirilib ki, Facebook istifadəçilərinin şəxsi məlumatlarının qorunması üçün gün ərzində 80 trilyon yoxlama aparılır və məxfilik seçimləri ilə bağlı 4 min anket edib qiymətləndirilir.

Dəyişikliklərdən biri Facebook istifadəçilərini gizlilik seçimləri ilə bağlıdır. Belə ki, bu seçimlər daha detallı olacaq. Məsələn, Facebookun web versiyasında hər hansısa paylaşım edən istifadəçi “hamı”, “dostlar” kimi seçimlər daha detallı olacaq.

“Hamı” seçimini seçən istifadəçi üçün “Facebook-da hər kəs bu paylaşımı görəcək” formasında xəbərdarlıq çıxacaq.

Yeni məxfilik tənzimləmələrində örtük fotolarını da kimlərin görə biləcəyini tənzimləmək olacaq. İndiyə qədər örtük fotoları hamı tərəfindən görünürdüsə, bundan sonra istifaədçi bunu özü istədiyi kimi dəyişdirə biləcək.

Qeyd edək ki, bu dəyişikliklər hələ ki, test mərhələsindədir.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti