Hulusi Akar Almaniya müdafiə naziri ilə regional məsələləri müzakirə edib

Hulusi Akar Almaniya müdafiə naziri ilə regional məsələləri müzakirə edib
  19 Fevral 2022    Oxunub:1214
Türkiyənin milli müdafiə naziri Hulusi Akar Münhendə almaniyalı həmkarı Kristin Lambrextlə görüşüb.
AzVision.az xəbər verir ki,, bu barədə məlumatı Türkiyə Milli Müdafiə Nazirliyi yayıb.

Qeyd olunub ki, görüş zamanı nazirlər ikitərəfli, regional və qlobal məsələlər, müdafiə sənayesi, hərbi təlim və əməkdaşlıq mövzularında fikir mübadiləsi aparıb.

Bundan əlavə, Nazir Akar almaniyalı həmkarı ilə FETÖ ilə mübarizədə əməkdaşlığa xüsusi önəm verildiyini vurğulayıb.

AzVision.az



Teqlər: Türkiyə   Almaniya  



Xəbər lenti