“Bu, kütləvi şizofreniyadır” - Aleksandr Perenciyev

   “Bu, kütləvi şizofreniyadır” -    Aleksandr Perenciyev
  19 Fevral 2022    Oxunub:2821
“Rusiya-Ukrayna sərhədində gərginlik elementləri olsa da, sakitdir. Hər iki tərəfin sərhədçiləri həmişəki kimi xidmətdədir. Sərhədin hər iki tərəfində hər hansı təxribat qeydə alınmayıb”. Bu sözləri AzVision.az-a hərbi politoloq, G.V.Plexanov adına Rusiya İqtisad Universitetinin Politologiya və Sosiologiya kafedrasının dosenti Aleksandr Perenciyev deyib.
O, ABŞ-ın Ukraynadakı səfirliyini Kiyevdən Lvova köçürməsini və digər ölkələrin də ona qoşulmasını “kütləvi şizofreniya” adlandırıb: “Bu şizofreniyadan həm iqtisadi, həm də siyasi məqsədlər üçün istifadə olunur. Bununla Ukraynanın özünün milli maraqlarına çox ciddi zərbə vurulur, lakin müəyyən dividendlər də gətirir və rəsmi Vaşinqtona müəyyən məqsədlərinə nail olmağa kömək edir”.

Rusiya cəmiyyətinin Ukrayna ilə mümkün müharibəyə reaksiyasına toxunan politoloq deyib ki, şizofreniya hay-küyünə məşhur yumorist Zadornovun "Kütbeyinlər!" frazası ilə reaksiya verirlər.

- Diqqəti Azərbaycan sahibkarlarının ötən həftə Moskvada keçirilən “ProdExpo” sərgisində iştirakına cəlb etmək istərdim. Onların hamısı Rusiya regionları ilə gələcək iqtisadi əməkdaşlığın tərəfdarı idi. Müharibə haqqında danışan olmadı. Çünkli Rusiya ilə Ukrayna arasında müharibənin getməsi haqda söhbətin özü siyasət yox, psixi pozğunluq halıdır! Azərbaycan sahibkarları olduqca sağlam insanlardır və bu çox xoşdur!,- Perinceyev fikrini yekunlaşdırıb.

Samir Vəliyev
Nadir Quliyev

AzVision.az


Teqlər: Ukrayna   Rusiya  



Xəbər lenti