Cüdoçumuz qızıl medal qazandı - "Böyük dəbilqə"

Mehdiyev yarımfinalda Erlan Şerovu (Qırğızıstan) 1/8 final mərhələsində Nadav Zuratı (İsrail), 1/4 finalda Yersultan Muzapparovu (Qazaxıstan) məğlub edib.
Komandamızın digər üzvü Zelim Kotsoyev (100 kq) isə yarımfinalda gürcüstanlı İlya Sulamanidzeyə məğlub olub. O, bürünc medal uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, yarışa 9 idmançı ilə qatılan komandamızın aktivində iki medal var. Hidayət Heydərov (73 kq) qızıl, Yaşar Nəcəfov (66 kq) isə gümüş medallara sahib olublar.
AzVision.az
Teqlər: