NATO Kiyevdəki ofisini bağladı

   NATO Kiyevdəki ofisini bağladı
  20 Fevral 2022    Oxunub:2169
NATO Ukraynanın paytaxtı Kiyevdəki ofisini müvəqqəti bağlayıb, əməkdaşlarını Brüssel və Lvova köçürür. AzVision.az xəbər verir ki, bu barədə Norveçin VG nəşri NATO nümayəndəsinə istinadən məlumat yayıb.
“NATO və ona üzv dövlətlər vəziyyəti çox diqqətlə izləyir, qiymətləndirir və bütün lazımi tədbirləri görür. Əməkdaşlarımızın təhlükəsizliyi prioritet məsələdir, buna görə də onlar Lvov və Brüsselə köçürülür. Beləliklə, NATO-nun Ukraynadakı ofisləri hələ də fəaliyyət göstərir”, - NATO nümayəndəsi Norveç qəzetinə təqdim etdiyi bəyanatda bildirib.

Nəşr xatırladır ki, Böyük Britaniya, ABŞ, Kanada və Avstraliya öz səfirliklərini Kiyevdən Lvova köçürüblər. Norveç hələ ki, bunu etməyib, lakin vəziyyəti izləyir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: NATO   Ukrayna  



Xəbər lenti