Fətullah Gülənin yaxın adamı öldü - FOTO

   Fətullah Gülənin yaxın adamı öldü -    FOTO
  20 Fevral 2022    Oxunub:1370
Fətullah Gülənə bağlı təşkilatın ilk idarə heyətində olduğu iddia edilən Yusuf Bekmezci 82 yaşında müalicə olunduğu xəstəxanada dünyasını dəyişib. AzVision.az hürriyyət.com-a istinadən xəbər verir, İzmirdə yaxalanan Yusuf Bekmezci FETÖ terror təşkilatında “kadim abi” kimi tanınıb.
Kırıklar F Tipi həbsxanasında saxlanılan Yusuf Bekmezci yanvarın 5-də göz əməliyyatı üçün Atatürk Təhsil və Araşdırma Xəstəxanasına aparılıb. Əməliyyat zamanı onun ürəyi dayanıb. Həyata qaytarılan Bekmezci reanimasiya şöbəsində müalicə olunurdu. Bekmezci bu gün saat 00:50 radələrində dünyasını dəyişib.

FETÖ/PDY-nin Ege bölgəsindəki maliyyəçiləri, idarəçiləri və sözdə imamlarına qarşı İzmir Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində yaxalanan Yusuf Bekmezci 17 il 4 ay həbs cəzasına məhkum edilib. 23 yanvar 2020-ci ildə "silahlı terror təşkilatını idarə etmək" ittihamı ilə hökm oxunub.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: FətullahGülən  



Xəbər lenti