İrəvanda mənzillərin qiyməti gözlənilmədən artıb

İrəvanda mənzillərin qiyməti gözlənilmədən artıb
  21 Fevral 2022    Oxunub:1106
Ermənistanda İkinci Qarabağ müharibəsindən sonra yaranmış bahalaşmanın miqyası genişlənməkdədir. İrəvan indi də mənzi bazarında tüğyan edən xasoun qarşısını almağa çalışır.
AzVision.az xəbər verir ki, bu barədə yerli saytlar məlumat yayıb. Qeyd edilir ki, pandemiya zamanı belə yaranmış iqtisadi çətinliklərə baxmayaraq evlərin qiymətində indiki qədər artımlar müşahidə edilməmişdi.

- Mənzillərin qiymətləri artmaqda davam edir. Əksər hallarda mənzilləri İrəvanın mərkəzindən alırlar. Yəni, burada gəlirləri orta səviyyədən çox yüksək olan insanlar tərəfindən alqı-satqı həyata keçirilir. Eyni zamanda, yeni binaların aktiv şəkildə tikildiyi bir sıra digər ərazilərdə də satışlar xeyli artıb.

2021-ci ilin dekabr ayında paytaxtda mənzillərin qiymətləri 2019-cu ilin dekabr ayının böhrandan əvvəlki səviyyəsini ötüb. Bunu Daşınmaz Əmlakın Kadastrı üzrə Dövlət Komitəsinin statistikası da göstərir.

Ümumiyyətlə, 2021-ci ilin fevral ayından etibarən İrəvanda mənzillərin qiymətləri nəinki bahalı ərazilər sayılan bölgələrdə (Mərkəz və Arabkir-red.) və ya yeni tikililərdə, paytaxtın hər yerində durmadan artır. Məsələn, demək olar ki, yeni tikililərin olmadığı Erebuni bölgəsində daşınmaz əmlakın orta qiymətləri 2019-cu ilin dekabr ayı ilə müqayisədə 7% - hər kvadratmetr üçün 290-dan 310 min drama (təxminən 645 dollar) qədər artıb. Şəhərin mərkəzində mənzillər 5% bahalaşıb və bir kvadrat metri 680,6 min dram (təxminən 1420 dollar) təşkil edib,-məqalədə yazılıb.

Qeyd edilir ki, böhran zamanı- 2020-ci ildə bazarın ümumi dinamikası fərqli olub. Pandemiyanın ilk aylarında mənzil satışları kəskin şəkildə azaldı, lakin satıcılar gözləmə mövqeyi tutaraq qiymətləri saxlamağa çalışıblar.

- Dördüncü rübdən qiymətlər azalmağa başladı. 2020-ci ilin dekabrından 2021-ci ilin yanvarında qiymətlər nisbətən düşdü. Lakin sonra iqtisadiyyat bir qədər düzələn kimi evlərin qiymətləri də yüksəlməyə başladı. 2020-ci ilin dekabrından hesablasaq, ən çox mərkəzdəki mənzillər bahalaşıb- 20%-dən çox. Əvvəllər müharibədən təzə çıxmışıq, pandemiya iqtisadi çətinliklər yaratmağa başlayıb bəhanələri vardısa, indiki halda daşınmaz əmlak bazarında baş verən anormal proseslərin nə ilə bağlı oduğunu izah eləmək çətindir,-müəllif yazıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Mənzil   Ermənistan  



Xəbər lenti