Təbrizdə qırıcı qəzaya uğrayıb, ölənlər var

Təbrizdə qırıcı qəzaya uğrayıb,   ölənlər var
  21 Fevral 2022    Oxunub:1731
İranda "F-5" qırıcı təyyarəsi qəzaya uğrayıb. AzVision.az “İRNA” agentliyinə istinadən xəbər verir ki, hadisə Təbriz şəhərində baş verib.
Döyüş təyyarəsi Şəhid Əlipur adına İdman komplesinin binasına düşüb.

İranın fövqəladə hallar xidmətinin sözçüsü Mucteba Haledi qəza nəticəsində bir nəfərin öldüyünü təsdiqləyib. Şəhər valiliyi isə ikisi pilot və biri mülki vətəndaş olmaqla üç nəfərin həlak olduğunu yazıb.

Qəzanın səbəbləri araşdırılır.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: İran   Qəza  



Xəbər lenti