İrəvanda bomba həyəcanı yaşanıb

İrəvanda bomba həyəcanı yaşanıb
  21 Fevral 2022    Oxunub:1235
Bu gün Ermənistanda terror törədiləcəyi ilə bağlı xəbər yayılıb. AzVision.az xəbər verir ki, bu barədə yerli saytlara Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Qeyd edilir ki, fevralın 21-də İrəvanda fövqəladə vəziyyət yaranıb.

- Saat 09:00 radələrində Fövqəladə Hallar Nazirliyinin Xilasetmə Xidmətinin 911- Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qaregin Njde küçəsindəki Şenqavit polis bölməsində bomba qoyulması barədə zəng daxil olub. Fövqəladə Hallar Nazirliyinin 2-ci yanğınsöndürən-xilasetmə dəstəsindən 2 yanğınsöndürən briqadası hadisə yerinə cəlb olunub,-saytlar yazıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti