Ukrayna müharibə xəbərlərinə görə ayda 2-3 milyard dollar itirir

Ukrayna müharibə xəbərlərinə görə ayda 2-3 milyard dollar itirir
  21 Fevral 2022    Oxunub:635
"Ukrayna Rusiyanın hücum planları ilə bağlı məlumatların yayılmasına görə ayda 2-3 milyard dollar itirib”.
AzVision.az xəbər verir ki, bu barədə Ukrayna prezident aparatı rəhbərinin müavini Rostislav Şurma deyib.

O bildirib ki, Ukraynanın “işğal haqqında məlumatların yayılmasından itkiləri ayda 2-3 milyard dollar təşkil edir.

"Biz indiki gərgin vəziyyətdə geri qaytarıla bilməyən itkilərin ayda 2-3 milyard dollar olduğunu görürük. Bunlar dayandırılmış investisiyalar və əlavə inflyasiya, turizm sektorunda itkilər, hava səyahətlərinin azalmasıdır. Həmçinin, maliyyə bazarında da spekulyativ təzyiqlər var, bu da borc götürməyi əngəlləyir, məzənnəyə təzyiq göstərir. Bu ayrı bir məbləğdir. Valyuta bazarına spekulyativ təzyiq təqribən 1,5-2 milyard dollardır”, - Şurma söyləib
.
O, ölkədə "stress səviyyəsi" olduğu müddətdə aylıq 2-3 milyard dollar həcmində itkilərin davam edəcəyini, lakin vəziyyət sabitləşərsə, itkilərin azalacağını deyib.

Qeyd edək ki, son aylar Rusiya ilə Qərb ölkələri arasında Ukrayna məsələsinə görə gərginlik yaranıb. Bu beynəlxalq hərbi-siyasi gərginliyi "Ukrayna böhranı" da adlandırırlar. NATO və ABŞ rəsmiləri Rusiyanın Ukrayna ilə sərhədə 100 mindən çox qoşun toplamasını Moskvanın qonşusunu işğala hazırlaşması ilə əlaqələndirib.

Rusiya rəsmiləri isə silahlı qüvvələrini öz ərazisində yerdəyişmə etmək üçün suveren hüquqa malik olduğunu bəyan edərək bu cür hərbi gedişlərin, heç kimi təhdid etmədiyini söyləyirlər. Hətta son günlər təlimləri başa vuran bölmələrin bir hissəsi ölkənin qərb bölgəsindən daimi dislokasiya bölgələrinə geri qaytarılıb. Buna baxmayaraq ABŞ və bəzi Avropa ölkələri Ukraynada yeni münaqişənin başlanacağı təqdirdə Rusiyanı “görünməmiş sanksiyalarla” hədələyir. Bütün bunların fonunda Şimali Atlantika Alyansı da Şərqi Avropada mövcudluğunu gücləndirir.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Ukrayna   İtki  





Xəbər lenti