Makron Putinə yenə zəng edib

 Makron Putinə yenə zəng edib
  21 Fevral 2022    Oxunub:1426
Rusiya prezidenti Vladimir Putin və fransalı həmkarı Emmanuel Makron arasında bazar ertəsi gecə Ukraynadakı vəziyyətlə bağlı növbəti telefon danışığı olub.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib.

“Dünən saat 1 radələrində prezident Makronun təşəbbüsü ilə Rusiya və Fransa liderlərinin bir gündə ikinci telefon danışığı baş tutub. Prezidentlər Ukrayna ətrafındakı vəziyyəti müzakirəsini davam etdiriblər”, - Peskov bildirib.

Onun sözlərinə görə, liderlər xarici işlər nazirlikləri ilə siyasi müşavirlər arasında dialoqun davam etdirilməsinin zəruriliyini vurğulayıblar.

“Yaxın vaxtlarda Rusiya və Fransa arasında xarici işlər nazirləri səviyyəsində də təmaslar mümkündür”, - o əlavə edib.

Xatırladaq ki, bazar günü günortadan sonra Makron və Putin arasında telefon danışığı olub. Fransa mətbuatının məlumatına görə, söhbət 1 saat 45 dəqiqə davam edib. Telefon danışığı zamanı Fransa və Rusiya prezidentləri Ukrayna üzrə üçtərəfli işçi qrupunun yaxın saatlarda görüşünün təşkili üzərində işləmək barədə razılığa gəliblər.

Pərvanə Sultanova
AzVision.az



Teqlər:



Xəbər lenti