Azsaylı xalqların mədəniyyəti təbliğ olunur

Layihənin əsas məqsədi ölkəmizdə yaşayan azsaylı xalqların mədəni irsinə, milli-mənəvi dəyərlərinə hörmətlə yanaşaraq onun öyrənilməsini və təbliğini təşkil etməkdən ibarətdir. Üç ay davam edəcək layihə çərçivəsində ölkəmizdə yaşayan azsaylı xalqların mədəniyyəti ilə əlaqədar ərazilər üzrə araşdırmalar aparılacaq. Hər rayondan 30 nəfər olmaqla 4 rayonda – Qax, İsmayıllı, Quba və Lənkəranda əhali qrupu ilə mənsub olduqları mədəniyyətlə bağlı fərdi müsahibələr təşkil ediləcək.
İştirakçıların maarifləndirilməsi məqsədilə çap məhsulları (buklet, banner və s.) hazırlanacaq. Hər rayonda 1 günlük hər bir azsaylı xalqın mədəniyyətləri barəsində məlumatlandırıcı seminar təşkil olunacaq. Daha sonra hər rayonda orada yaşayan azsaylı xalqların mədəni irsinə aid olan əl işləri, sənət nümunələrinə, mətbəxinə aid olan işlərin 1 günlük sərgisi təşkil ediləcək. Layihənin icrası ilə bağlı mətbuatda və sosial şəbəkələrdə layihə barəsində mütəmadi məlumatlar paylaşılacaq.
Teqlər: QHT