AzVision.az xəbər verir ki, özünü "bütün Ukrayna ermənilərini təmsil edən" təşkilat kimi qələmə verən “UA Ermənilərinin İttifaqı” sosial şəbəkələrdə kütləvi paylaşımlar edərək, fevralın22-də Xarkov şəhərinin yerli Filarmoniyasında Azərbaycan diasporu və Fəxri Konsulluğu tərəfindən təşkil olunan Xocalı soyqırımına aid filmin nümayişinin qarşısını almağa çağırıblar. Müraciət mətnində tədbirin nəinki ünvanı, hətta keçirildiyi saat da göstərilib ki, Xarkov Filarmoniyasında təxribatın törədilməsi üçün zəmin yaradılsın.
Müharibə astanasında olan Ukraynaya dair çirkin planlarını açıq şəkildə büruzə verən erməni icması iddia edir ki, sözügedən film nümayiş olunsa "ermənifobiyanın səviyyəsi arta" və "çoxmillətli Xarkovda kütləvi iğtişaşların törədiləcəyi riski yüksələ bilər". Yəni xarici qüvvələr hökumətə dolayı yolla xəbərdarlıq edirlər ki, “5-ci kolonu” təşkil edən ermənilər Ukraynaya ikinci, əslində isə Donbassdan sonra üçüncü cəbhəni aça bilər. Məhz bunun üçün müraciət təkcə Ukrayna ermənilərinə deyil, o cümlədən, şantaj formasında müvafiq orqanlara ünvanlanıb və tələb olunub ki, "qalmaqallı filmin nümayişini ləğv etmək üçün bütün mexanizmlər işə salınsın"...
Hans Kloss
Xüsusil olaraq AzVision.az üçün







Vaxtında, Aydın, Lazımlı!


