Lavrov və Çavuşoğlu Antaliyada görüşəcək
Onun sözlərinə görə, Lavrov, həmçinin Suriya üzrə Astana prosesinin qarant ölkələrinin (Rusiya, İran, Türkiyə) üçtərəfli görüşündə iştirak edəcək.
Boqdanov qeyd edib ki, Rusiya və Türkiyə hərbi xətlə də dialoq aparır: “Hmeyni" bazasındakı rəhbərliyimiz Türkiyə hərbçiləri ilə çox qabaqcıl və effektiv əlaqələrə malikdir”.
Daha əvvəl Türkiyə Xarici İşlər Nazirliyinin rəsmisi bildirib ki, Lavrov Çavuşoğlu ilə telefon danışığında martın 11-13-də Antalyada keçiriləcək diplomatik forumda, eləcə də Suriya üzrə Astana formatında keçiriləcək görüşdə iştirakını təsdiqləyib. .
Pərvanə Sultanova
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


