"Azərbaycanlı həmkarlarımız artıq İrəvandadır" - Erməni deputat

   "Azərbaycanlı həmkarlarımız artıq İrəvandadır" -    Erməni deputat
  21 Fevral 2022    Oxunub:1475
" Avronest Parlament Assambleyasının iclasında iştirak etmək üçün Ermənistana gələn Azərbaycanlı deputatlar artıq İrəvandadırlar". AzVision.az xəbər verir ki, bunu jurnalistlərə Ermənistanın Avronestdəki nümayəndə heyətinin rəhbəri, “Vətəndaş müqaviləsi” fraksiyasından olan deputat Mariya Karapetyan deyib.
- Dəqiq deyə bilmərəm, amma səhv etmirəmsə, artıq azərbaycanlı deputatlar İrəvanda olmalıdırlar... Deputatlardan biri bitərəf, ikincisi isə hakim partiyanın nümayəndəsidir,- Karapetyan deyib.

Azərbaycanın iki deputatı Ermənistana gedir
Erməni deputatların hələlik qonaqlarla əlaqə qurmadığı bildirilir. Karapetyan izah edib ki, erməni parlamentarilərin xarici həmkarları ilə ünsiyyət qurduqları belə formatlarda Azərbaycan tərəfini təmsil edən deputatlarla da təmasları ola bilər.

- Biz Vyanaya ATƏT Parlament Assambleyasına gedəndə zalda müxtəlif nümayəndə heyətlərinin nümayəndələri oturur. İndi də eyni şeydir... Mən başa düşürəm ki, onlar indi İrəvandadırlar və məsələnin emosional tərəfi var. Amma ölkələr belə tədbirlər üçün nümayəndə heyətləri qəbul edir və bu, ölkəmiz üçün mühüm hadisədir. Biz növbədənkənar assambleyaya ev sahibliyi edirik, - deputat qeyd edib.

Onun sözlərinə görə, bəzi müxalifətdən olan həmkarları məsələnin mahiyyətini dəyişərək guya hakimiyyət tərəfindən azərbaycanlı deputatlarla görüşlərin təşkilini “dostluq ab-havası” üçün olduğunu elan edilərək vətəndaşların əsəbləri ilə oynamağa çalışırlar.
Karapetyan bütün digər iştirakçılar kimi Azərbaycan nümayəndə heyətini də qəbul etməyin institusional, formal öhdəlik olduğunu açıq şəkildə bəyan edib.
Deputat əlavə edib ki, azərbaycanlı deputatların erməni mətbuatı ilə əlaqə saxlaması nəzərdə tutulmayıb və bu, çətin ki, baş tuta.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Deputat   Ermənistan  



Xəbər lenti