24 il `yatan` günahsız məhbus - VİDEO

24 il `yatan` günahsız məhbus - VİDEO
  10 Aprel 2014    Oxunub:1809
Nyu-York məhkəməsinin səhv qərar verməsi üzündən uzun illər həbsxanada cəza çəkən 51 yaşlı Conatan Fleminq həbsdən azad edilib.
AzVision.az xarici mətbuata istinadən verdiyi xəbərə görə, o, 1989-cu ildə Nyu-Yorkun Bruklin rayonununda tanışını qətlə yetirməkdə ittiham olunaraq həbs olunub.

Baxmayaraq ki, dindirilmə zamanı o, cinayət baş verən an Floridada olduğunu bildirib. Onun ifadəsinin əksinə olaraq, bir qadın şahid qismində deyib ki, Fleminq tanışına atəş açaraq onu qətlə yetirib.

Məhkəmə qərarı ilə şübhəliyə ömürlük həbs cəzası verilib. Fleminqin vəkilləri hər dəfə məhkəməyə apelyasiya şikayəti ilə müraciət etsə də, şikayət rədd edilib.

Ötən il isə Fleminqin vəkilləri hadisəni görən yeni şahid tapıblar. Onun sayəsində əsl qatili tapmaq mümkün olub. Təkrar dinləmələr təyin olunub və məhkəmənin qərarı ilə günahsız yerə həbs cəzası alan Conatan azad olunub.

Həbsxanadan azadlığa çıxan Fleminq özünü azad hiss etdiyini və nə vaxtsa haqq-ədalətin yerini tutacağına ümüd etdiyini dilə gətirib: “Özümü çox yaxşı hiss edirəm. Bir gün belə olsun ümüdimi itirmirdim. Haqq-ədalətin yerini tutacağına inanırdım. Nəhayət o gün yetişdi”.




Teqlər:  





Xəbər lenti