İrəvanın "günah keçiləri": Babayan Ohanyanı araşdırmalardan yayınmamağa çağırdı

      İrəvanın "günah keçiləri":   Babayan Ohanyanı araşdırmalardan yayınmamağa çağırdı
  21 Fevral 2022    Oxunub:1681
Ermənistan İkinci Qarabağ müharibəsindəki məğlubiyyətə görə "günah keçilərini" axtarır. Bir müddət öncə keçmiş müdafiə naziri David Tonoyan "yararsız raketlər" işinə görə həbs edildi. Onunla bərabər bir neçə yüksək rütbəli zabitin də məhkəmə işi davam edir.
Hazırda isə İrəvan parlamentində xüsusi komissiya yaradıb ki, bu da guya döyüşlərlə bağlı araşdırmalar apararaq məğlubiyyətdə günahkar olanları üzə çıxaracaq. Komissiyanın növbəti hədəfi Dağlıq Qarabağda mövcud olmuş separatçıların keçmiş "Müdafiə Ordusu"nun əvvəlki komandanı və qondarma rejimin "Təhlükəsizlik Şurası"nın keçmiş katibi Samvel Babayan olub.

“1700 nəfəri döyüş meydanında qoyub qaçdıq” - Samvel Babayan
Maraqlıdır ki, "eks-komandan" 44 günlük müharibə zamanı hərbi əməliyyatların idarə olunması prosesində iştirak etmədiyini bəyan edib. O, iddiaların əksinə çıxaraq barəsində səsləndirilən xoşəgəlməz fikirləri fərziyyə adlandırıb. Babayanın parlamentin müharibə şəraitinin araşdırılması üzrə komissiyasının işinə cəlb edilməsi isə müxalif deputatlarda hiddətə səbəb olub.
.
Müxalifəti təmsil edən “Hayastan” “Şərəfim var” blokları Babayanın komissiyanın işində iştirak etməsi ilə bağlı qərarı tənqid edərək, döyüş meydanlarında baş verənlərə görə onun da məsuliyyət daşıdığını xatırladıblar. Separatçıların "Təhlükəsizlik Şurası"nın keçmiş katibi ona qarşı irəli sürülən bu ittihamları da rədd edib. O, jurnalistlərə deyib ki, müharibə zamanı ordu komandanlığına müraciət edərək öz köməyini təklif etsə də bundan məhrum edilib .

- Maraqlıdır ki, onun məlum müraciətindən sonra Babayana yazılı cavab verərək, ordunun işlərinə qarışmağı qəti şəkildə qadağan ediblər . O məsuliyyət daşıması məsələsinə reaksiya verərkən təəccüblənərək deyib ki, "Mənim iştirakım və ya idarəçiliyimin nə ilə bağlı olduğu aydın deyil".

Babayanın bunkerdə - komanda məntəqəsində olmasına gəlincə, onun sözlərinə görə müharibə zamanı, ora Arayik Arutyunyanın(Keçmiş separatçı rejimin "rəhbəri"-red.) müşaviri kimi göndərilibmiş. Bu qərarı Arutyunyan özü verib,-Ermənistan mediası qalmaqallı məğlubiyyət araşdırmaları ilə bağlı yazıb.

Məsuliyyətə cəlb edilmək qorxusu içində olan separatçı ordunun keçmiş rəhbəri proseslərin arzuolunmaz istiqamətə getdiyini görərək az qala 44 gün ərzində ümumiyyətlə Ermənistanda olmadığını deməyə çalışıb. Babayan aşkar şəkildə bəyan edib ki, bunkerə göndərilsə də, burada heç bir hərbi əmr və ya qərarlar verməyib, sadəcə gördüyü hər şeyi "rəhbər"inə, Arutyunyana çatdırıb . Bir vaxtlar erməni xalqında "qorxmazlıq", "qəhrəmanlıq" obrazlarından sayılan Babayan indi özünü adi xəbərçi kimi təqdim edib. Bu da azmış kimi diqqəti özündən yayındırmaq üçün komissiyaya maraqlı təklif də verib.

Təklifi isə Ermənistan ordusunun keçmiş rəhbəri, hərbi cani Seyran Ohanyanın həbsinə hesablanıb. Babayan belə hesab edir ki, bütün keçmiş və indiki yüksək rütbəli hərbçilər komissiyaya gəlib sualları cavablandırmağa məcburdurlar nəinki, “müxalifətçi”lərin kürəkləri arxasında gizlənmək ola. Yuxarıda qeyd olunanlar keçmiş müdafiə naziri və hazırda “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyana da aiddir.

Babayan qeyd edib ki, "axsaq general" , fraksiya rəhbəri 2016-cı ilə qədər müdafiə naziri olub, ordu quruculuğuna mühüm "töhfələr" də verib, müharibə zamanı isə müxtəlif tapşırıqları yerinə yetirib. Bunu nəzərə alaraq o, komissiyanın işindən yayına bilməz və yayınmamalıdır da.

Qeyd edək ki, müharibədən sonra müsahibələr verən Babayan hər dəfə ordularının aciz duruma düşməsindən gileylənirdi. "Müdafiə ordusunun” sabiq komandanı bir dəfə erməni hərbçilərinin döyüşlərdən kütləvi şəkildə qaçdıqlarını da etiraf etmişdi.

"4000 itkidən 1700 nəfərini döyüş meydanında qoyub qaçdıq. Bu idarəolunmazlıqdan xəbər verir. Bu artıq hərbi problemdir" ,- deyə separatçı Babayan bildirib.

Xatırladaq ki, bu, Babayanın ilk etirafı deyil. Ötən ilin sonunda “Müharibə başlayan kimi Ermənistan hərbi aviasiya sistemlərinin 50 faizini, artileriyasının isə 40 faizini itirib” deyən keçmiş komandan acizliklərini dilə gətirmişdi. Bütün bunlar isə ondan xəbər verir ki, bunkerdə "xüsusi funksiya" yerinə yetirən Babayan döyüşlərin gedişində ciddi informasiyalara malik olub.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Müharibə   Məğlubiyyət   Deputat   Parlament  



Xəbər lenti