"Aİ-yə üzvlük perspektivi Putin üçün ən yaxşı siqnaldır" - Kuleba

"Aİ-yə üzvlük perspektivi Putin üçün ən yaxşı siqnaldır" -    Kuleba
  21 Fevral 2022    Oxunub:1531
“Münaqişənin kəskinləşməsi fonunda Avropa İttifaqından Rusiya prezidenti Vladimir Putinə ən yaxşı siqnal Ukraynanın Aİ-yə üzvlük perspektivinin tanınması olardı”.
AzVision.az xəbər verir ki, bunu fevralın 21-də Brüsseldə Aİ Xarici Əlaqələr Şurasının iclasında iştirakından sonra Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib.

"Mən həmkarlarıma dedim ki, onların indi qəbul edə biləcəkləri ən yaxşı strateji qərar Ukraynaya Avropa perspektivi verməkdir. Bu, prezident Putinə açıq siqnal olacaq: nə edirsə etsin, nə qədər çalışsın, Ukraynanın Aİ-yə yolu geridönməzdir və heç kim Ukraynanı Rusiya ilə tək qoymayacaq. Bu, həm də Ukraynanın Avropa sülh və firavanlıq ailəsinə doğru irəlilədiyinə dair xalqımıza güclü siqnal olardı”, - Kuleba vurğulayıb.

O, həmçinin Aİ ölkələrinin xarici işlər nazirlərini Rusiyaya qarşı ayrı-ayrı sanksiyaları indi qəbul etməyə çağırıb. Vurğulayıb ki, bunun üçün kifayət qədər səbəblər var.

Pərvanə Sultanova
AzVision.az



Teqlər:



Xəbər lenti