Ukraynadan Rusiyaya qaçqın axını səngimir
- Qaçqınların regionlara daşınması dəmir yolu vasitəsi ilə həyata keçirilir. Sutka ərzində Kursk, Belqorod, Saratov, Volqoqrad, Voronej və digər vilayətlərə 21 qatarın göndərilməsi planlaşdırılır , - Rusiya FHN-in mətbuat xidmətinin bəyanatında deyilir.
Hazırda Rusiyanın 4 regionundakı müvəqqəti yaşayış məntəqələrində 10 min adam yerləşdirilib ki, onlardan da 4,5 mini uşaqlardır. Könüllülərin təşəbbüsü ilə Donbass və Luqansk sakinləri üçün 50 tona qədər ərzağın və zəruri olan birinci dərəcəli əşyalar toplanıb. Buraxılış məntəqələrində yaşayışı təmin edən 2 şəhərciyin fəaliyyət göstərdiyi və 400 adamın yerləşə biləcəyi daha 3 şəhərciyin yaradılacağı, görülən işlərə 533 ədəd texnika cəlb olunduğu bildirilir.
Bir müddət əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov hər bir qaçqına 10 min rubl həcmində birdəfəlik maddi yardımın verilməsinə başlandığını açıqlamışdı. Bu məqsədlə təkcə Rostov vilayətinə Rusiyanın federal büdcəsindən 5 milyard rubl ayrılıb.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


