"Bayden hər iki varianta hazırdır" - Sallivan
"Prezident Bayden Ukrayna ətrafında vəziyyətin sülh yolu ilə həlli üçün yüksək səviyyəli diplomatiyaya hazırdır. O, həmçinin Rusiya Ukraynaya hücum etmək qərarına gələrsə, müttəfiqləri ilə birlikdə tədbirlər görməyə də hazırdır", - Sallivan söyləyib.
Əlavə edib ki, diplomatik həll ehtimalı Rusiya qoşunlarının hərəkəti nəzərə alınarsa, hər saat azalır.
Daha əvvəl Fransa prezidenti Emmanuel Makron Rusiya lideri Vladimir Putin və Amerika prezidenti Co Bayden arasında zirvə görüşünün keçirilməsini təklif edib, hər iki tərəf təklifi qəbul edib. Rəsmi Vaşinqton bəyan edib ki, sammit yalnız Rusiya Ukraynaya təcavüz etməsə, baş tuta bilər. Rusiya bu cür eskalasiya planlarını qəti şəkildə rədd edir. Sammitin gündəliyi ABŞ dövlət katibi Entoni Blinken və Rusiyanın xarici işlər naziri Sergey Lavrov tərəfindən fevralın 24-də keçiriləcək görüşdə hazırlanacaq.
Pərvanə Sultanova
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


