Bayden Makrondan Putinlə görüşdürməyi xahiş etdi
"Biz, Kremlin qəbul etdiyi diplomatik imkanlar yaradırıq. O, vasitəçidir”, - mənbə Makronun sammitin təşkilindəki rolunu şərh edərkən söyləyib.
“Agence France-Presse”in məlumatına görə, Bayden və Putin arasında görüş mümkündür, lakin bunun baş tutması üçün Rusiya rəhbəri seçim etməlidir.
"Bu gün sammit təşkil etmək, bütün maraqlı tərəfləri toplamaq imkanı var. İndi seçim etmək Putinin ixtiyarındadır”, - Yelisey Sarayından bildiriblər.
Bazar günü Yelisey Sarayından açıqlama verilib ki, Putin və Bayden Fransa prezidenti Emmanuel Makronun Avropada təhlükəsizlik və strateji sabitliyə dair sammitə ev sahibliyi etmək təklifini qəbul ediblər. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun deyib ki, hələlik görüş üçün konkret planlar yoxdur, lakin liderlər bunu məqsədəuyğun hesab edərlərsə, mümkündür. Ağ Evin mətbuat katibi Cen Psaki Rusiyanın Ukraynaya müdaxiləsi olmasa, Baydenin Putinlə görüşməyə hazır olduğunu vurğulayıb.
Pərvanə Sultanova
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


