Putin Paşinyanla danışıb

   Putin Paşinyanla danışıb
  21 Fevral 2022    Oxunub:2765
Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub.
İlham Əliyev Rusiyaya gedib
AzVision.az -ın Kremlin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, telefon danışığı zamanı Qarabağla bağlı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarının icrası, Cənubi Qafqazda nəqliyyat və iqtisadi əlaqələrin bərpası üzrə tədbirlər, o cümlədən Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesinin tez başlamasına yönəlmiş addımlar müzakirə olunub.

Qeyd olunub ki, söhbət zamanı bölgədə sabitliyin möhkəmləndirilməsi və uzunmüddətli sülh və əməkdaşlıq münasibətlərinin qurulması səyləri ilə bağlı bəzi digər məsələlərə də toxunulub.

AzVision.az


Teqlər:   Prezident   Rusiya  



Xəbər lenti