Britaniya birtərəfli qaydada Rusiyaya qarşı sanksiyalar tətbiq etməyəcək

Britaniya birtərəfli qaydada Rusiyaya qarşı sanksiyalar tətbiq etməyəcək
  21 Fevral 2022    Oxunub:1471
“Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyaları yalnız bu ölkənin Ukraynaya qarşı aqressiv addımlar atacağı təqdirdə tətbiq etməyə hazırdır”.
AzVision.az xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Ben Uolles bildirib. Onun sözlərinə görə, rəsmi London birtərəfli qabaqlayıcı məhdudlaşdırıcı tədbirlərə əl atmaq niyyətində deyil:

“Əgər biz indi birtərəfli qaydada sanksiyalar tətbiq etsək, ABŞ və Avropa İttifaqı da sanksiya tətbiq etməsə, o zaman prezident Vladimir Putinin “parçala, hökm sür” prinsipinə əl atması təhlükəsi yaranardı. Eyni zamanda, Böyük Britaniya Rusiyanın Ukraynaya qarşı kiberhücumları olacağı təqdirdə Moskvaya qarşı sanksiyalar tətbiq edə bilər. Biz bu variantı diqqətdə saxlayacağıq”.

AzVision.az



Teqlər: Britaniya   Ukrayna  



Xəbər lenti