Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının təcili iclasını çağırıb

 Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının təcili iclasını çağırıb
  21 Fevral 2022    Oxunub:1409
“Rusiya Təhlükəsizlik Şurasının iclasında verilən bəyanatlarla əlaqədar mən Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsla təcili məsləhətləşmələr apardım”.
AzVision.az -ın xəbərinə görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Twitter" hesabında məlumat verib. Ukrayna Prezidenti əlavə edib ki, o, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasını çağırıb.

Qeyd edək ki, bu gün Rusiya Prezidenti Vladimir Putin də Təhlükəsizlik Şurasının fövqəladə geniş iclasını keçirib. Dövlət başçısı iclas iştirakçılarının Ukraynanın Donbass bölgəsinin separatçı “respublikaları”nın (“Donetsk və Luqansk Xalq Respublikaları”) müstəqilliyinin tanınması ilə bağlı məruzələrini dinlədikdən sonra bazar ertəsi qərar verəcəyini bildirib.

AzVision.az


Teqlər:



Xəbər lenti