Bayden Rusiyaya qarşı yeni sanksiyaları təsdiq etdi

 Bayden Rusiyaya qarşı yeni sanksiyaları təsdiq etdi
  22 Fevral 2022    Oxunub:1801
ABŞ prezidenti Co Bayden qondarma "Donetsk və Luqansk Xalq Respublikaları"nın ("DNR" və "LNR") “müstəqilliyi”nin Rusiya tərəfindən tanımasına cavab olaraq yeni sanksiyalara dair fərman imzalayıb.
AzVision.az xəbər verir ki, sənəd ABŞ vətəndaşlarına “DXR” və “LXR”ə yeni sərmayələrin qoyulmasını qadağan edir.

Bundan başqa, ABŞ mallarının, texnologiyasının “DXR” və “LXR”ə idxalı və ixracı qadağan edilir.

Bayden bildirib ki, Rusiyanın bu qurumları tanıması Minsk razılaşmasına ziddir və Ukraynada sülh və sabitliyə təhlükə yaradır.Ağ Ev rəhbəri Konqres liderlərinə ünvanladığı məktubda Rusiyanın qərarının ABŞ-ın milli təhlükəsizliyi və xarici siyasətinə “təhdid yaratdığını” iddia edir.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: ABŞ   Rusiya   Sanksiya  



Xəbər lenti