Türkiyə XİN Rusiyanın qərarını pisləyib

   Türkiyə XİN Rusiyanın qərarını pisləyib
  22 Fevral 2022    Oxunub:2381
“Rusiya Federasiyasının qondarma "Donetsk və Luqansk respublikaları"nı tanımaq qərarını qəbuledilməz hesab edir və rədd edirik”.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.

Qeyd olunub ki, bu qərar Minsk razılaşmalarının, eyni zamanda Ukraynanın suverenliyi və ərazi bütövlüyünün açıq şəkildə pozulmasıdır.

“Biz Ukraynanın ərazi bütövlüyünü qorunmasına sadiqliyimizi vurğulayır və bütün tərəfləri beynəlxalq hüquqa hörmət etməyə çağırırıq", - bəyanatda deyilir.

Pərvanə Sultanova
AzVision.az


Teqlər: Türkiyə  



Xəbər lenti