Blinken Lavrovla görüşünü ləğv etməyib

Blinken Lavrovla görüşünü ləğv etməyib
  22 Fevral 2022    Oxunub:890
ABŞ-ın dövlət katibi Entoni Blinken Rusiyanın xarici işlər naziri Sergey Lavrovla cümə axşamı planlaşdırılan görüşü hələlik ləğv etməyib.
AzVision.az xəbər verir ki, bu barədə “CNN” Dövlət Departamentindəki mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, yüksək vəzifəli məmurlar gün ərzində bu qərarı müzakirə ediblər.

Xatırladaq ki, fevralın 24-də Cenevrədə Rusiya Federasiyası və ABŞ diplomatiyasını rəhbərlərinin görüşü planlaşdırılır.

Rusiya prezidenti Vladimir Putin bazar ertəsi Təhlükəsizlik Şurasının iclasından sonra ölkə vətəndaşlarına müraciət edərək "Donetsk və Luqansk Xalq Respublikalarının" "suverenliyinin" dərhal tanınması barədə qərar qəbul etməyi zəruri saydığını deyib. O bildirib ki, Donbassda qan töküləcəksə, bütün məsuliyyət Kiyevin üzərinə düşəcək. Müraciətdən dərhal sonra Putin Kremldə "LXR" və "DXR"nin tanıyan fərmanlar imzalayıb. Putin öz fərmanlarında Rusiya Federasiyasının silahlı qüvvələri tərəfindən "DXR" və "LXR"də sülhün qorunmasını təmin etməyi tapşırıb.

Pərvanə Sultanova
AzVision.az


Teqlər: Blinken   Lavrov   Görüş  



Xəbər lenti