"Ukraynanın sərhədləri dəyişməz qalacaq" - Zelenski

   "Ukraynanın sərhədləri dəyişməz qalacaq" -    Zelenski
  22 Fevral 2022    Oxunub:1312
Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın hər hansı bəyanat və hərəkətlərinə baxmayaraq, ölkəsinin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişməz qalacağına əmin edib.
AzVision.az xəbər verir ki, bu barədə Ukraynanın dövlət başçısı videomüraciətində deyib.

"Bizim və dövlətimizin tarixlə bağlı uzun-uzadı mühazirələr oxumağa vaxtımız yoxdur. Ona görə də keçmişdən danışmayacağam. Mən sizə reallıqlar və gələcək haqqında danışacağam: Ukrayna Rusiya Federasiyasının hər hansı bəyanatlarına və hərəkətlərinə baxmayaraq beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində qalacaq", -Zelenski qeyd edib.

O vurğulayıb ki, ukraynalılar sakitdirlər və özünəinamı itirməyiblər: "Buna görə bütün vətəndaşlara təşəkkür etmək istərdim - siz bir daha sübut edirsiniz ki, ukraynalılar ağıllı və müdrik xalqdır. Hər şeyə rəğmən soyuqqanlılığı saxlayır, sakit, balanslı reaksiya verir".

AzVision.az



Teqlər: Zelenski   Müraciət  



Xəbər lenti