"Rusiyaya qarşı sanksiyalar Aİ iqtisadiyyatına təsir edəcək"
"Hər zaman risklər var. Biz bu sanksiyalar paketini müzakirə etdikdə, onun Aİ iqtisadiyyatına müəyyən təsir göstərəcəyi də aydın olur", - Dombrovskis bildirib.
O əlavə edib ki, bu cür məhdudiyyətlər heç vaxt nəticəsiz qalmır: “Biz etiraf etməliyik ki, müəyyən xərclərə məruz qalacağıq”.
Dombrovskis Rusiyaya qarşı sanksiyalar paketinin qəbulunun konkret məzmunu və tarixini açıqlamaqdan imtina edib, lakin əmin edib ki, zərurət yaranarsa, Aİ bir neçə gün ərzində sanksiyalar tətbiq edə bilər.
"Mən təfərrüatlara varmaq istəmirəm, lakin fərdlərə, sektorlara və maliyyə sisteminə qarşı geniş spektrli sanksiyalar olacaq. Məhdudiyyətlər enerji sektoruna, ixrac nəzarəti və yüksək texnologiyalı məhsullara da təsir edəcək. Siyahı genişdir", - AK rəhbərinin müavini söyləyib.
Bundan əlavə, o, “Şimal axını 2” qaz kəmərinin sanksiyalar paketinə daxil edilməsinin mümkünlüyü sualına da birbaşa cavab verməkdən yayınıb.
Dombrovskis qeyd edib ki, Avropa Komissiyası bu layihə ilə bağlı çox aydın mövqeyə malikdir. “Biz uzun illərdir ki, “Şimal axını 2”ni Avropanın enerji siyasətinin məqsədlərinə cavab verən layihə kimi qəbul etmədiyimizi açıq şəkildə bildiririk”.
Rusiya prezidenti Vladimir Putin fevralın 21-də xalqa müraciətində Rusiyanın "Donetsk və Luqansk Xalq Respublikalarının müstəqilliyini" tanıdığını elan edib.Artıq bir sıra ölkələr Rusiyaya qarşı sanksiyaların tətbiqinin zəruriliyini bəyan ediblər.
Pərvanə Sultanova
AzVision.az
Teqlər: AK







Vaxtında, Aydın, Lazımlı!


