Qazaxıstanın keçmiş müdafiə naziri həbs olunub

 Qazaxıstanın keçmiş müdafiə naziri həbs olunub
  22 Fevral 2022    Oxunub:2099
Qazaxıstanın sabiq müdafiə naziri Murat Bektanov məhkəmənin qərarı ilə iki ay müddətinə həbs edilib.
AzVision.az xəbər verir ki, o, ötən ay ölkədə baş verən iğtişaşlar zamanı hərəkətsizlikdə şübhəli bilinir.

“Fevralın 22-də Nur-Sultan şəhərində məhkəmə Bektanov barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçib”, - məlumatda deyilir.

Yanvarın 11-də Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev yeni hökuməti təsdiqləyib. Bektanov vəzifəsində qalıb, lakin yanvarın 19-da onu Ruslan Jaksılıkov əvəzləyib. Bu qərarı izah edən dövlət başçısı bildirib ki, yanvar hadisələri zamanı ordu qarşıya qoyulan tapşırıqları yerinə yetirməyib, nazir komandanlıq keyfiyyətləri nümayiş etdirməyib.

Pərvanə Sultanova
AzVision.az


Teqlər: Qazaxıstan  



Xəbər lenti