Ermənistanda virusa yoluxanların sayı 417 minə yaxınlaşıb

Ermənistanda virusa yoluxanların sayı 417 minə yaxınlaşıb
  22 Fevral 2022    Oxunub:1033
Ermənistanda son sutka ərzində daha 753 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
AzVision.az "Sputnik Ermənistan”a istinadən xəbər verir ki, yoluxanların ümumi sayı 416 510 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 16 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 8 354-ə yüksəlib. Aktiv xəstələrin sayı 12 408 nəfər təşkil edir. Koronavirusa yoluxub, lakin digər səbəblərdən ölənlərin sayı 1 593 nəfərə çatıb.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Ermənistan   Virus  



Xəbər lenti