"Aİ Rusiyaya qarşı ilk sanksiyaları bu gün qəbul edəcək" - Borrel
Onun sözlərinə görə, təfərrüatlar haqqında danışmaq hələ tezdir. Borrel hesab edir ki, Rusiya qoşunlarının Donbasa girişi genişmiqyaslı müdaxilə olmasa da, bu, Ukrayna torpağıdır.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin bazar ertəsi Təhlükəsizlik Şurasının fövqəladə iclasından sonra vətəndaşlara müraciət edərək, qondarma "LXR" və "DXR"-in suverenliyini dərhal tanımaq barədə qərar qəbul etməyi zəruri saydığını söylədi. Müraciətdən sonra prezident Kremldə hər iki ərazini tanıyan fərmanlar imzaladı.
Pərvanə Sultanova
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


