"Bir-birimizin ərazi bütövlüyünə hörmətlə yanaşmalıyıq" - Ermənilərə cavab

   "Bir-birimizin ərazi bütövlüyünə hörmətlə yanaşmalıyıq" -  Ermənilərə cavab
  22 Fevral 2022    Oxunub:1450
“Azərbaycan Prezidentinin irəli sürdüyü “3+3” formatı davamlı sülh və gələcək iqtisadi əlaqələrin inkişafına töhfə verəcək”.
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Milli Məclisinin deputatı Tahir Mirkişili İrəvanda AVRONEST Parlament Assambleyasının komitə iclasında çıxışında söyləyib.

“Qlobal təhlükəsizliyə gəldikdə isə bizim 3 istiqamətimiz var. Birinci istiqamət – hər birimiz öz ölkəmizdə sağlam təhlükəsizlik sistemi qurmalıyıq. İkinci istiqamət – bölgədə, qonşularla mehriban münasibətlər qurmaqdır, bir-birimizin ərazi bütövlüyünə hörmətlə yanaşmalıyıq. Üçüncü istiqamət – Cənubi Qafqazdakı ölkələr bir-birilərinin müxtəlif geosiyasi maraqlarını nəzərə alaraq, ortaq maraqlar çıxarmalıyıq. Bunun, üçün ilk növbədə, mehriban münasibətlər qurmalıyıq”, - o bildirib.

Qeyd edək ki, komitə iclasında Ermənistanın AVRONEST Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, “Hayastan” fraksiyanın üzvü Artur Xaçatryan, habelə Anna Qriqoryan Dağlıq Qarabağın ermənilərə məxsus olduğunu iddia edib, Azərbaycan və Türkiyəni ittiham ediblər.

AzVision.az


Teqlər:



Xəbər lenti