Levon Ter-Petrosyan: “Ermənistanda qərbyönlü qüvvə yoxdur”
“Ukrayna hadisələri bu ölkənin Qərblə Rusiya arasında siyasi oriyentasiya ilə bağlı “əbədi” seçimi ilə əlaqədardır. Ukrayna belə bir seçimlə Boqdan Xmelnitskinin də, Petlürün də, İkinci dünya müharibəsi dövrlərində də üz-üzə idi. Eyni şey bu gün baş verir və gələcəkdə də davam edəcək.
Ermənistanda isə siyasi planda, dəyərlər və ya kültürəl anlamda yox, ayrı-ayrı marginal elementlər və şəxslər istisna olmaqla qərbyönlü qüvvə yoxdur. Olsaydı, 3 sentyabrdan sonra 20-30 nəfərlik mitinqlər deyil, çoxdan kütləvi “maydan” təşkil olunardı”, - deyə sabiq prezident bildirib./Musavat/