Yunanıstan XİN Rusiyaya etiraz etdi

Yunanıstan XİN Rusiyaya etiraz etdi
  22 Fevral 2022    Oxunub:1012
Yunanıstan Xarici İşlər Nazirliyi Rusiyanın "Donetsk Xalq Respublikası" və "Luqansk Xalq Respublikası"nın müstəqilliyini tanımasına qarşı çıxıb. xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Qeyd edilir ki, Yunanıstan bu addımı beynəlxalq hüququn fundamental prinsiplərinin, Ukraynanın ərazi bütövlüyünün və Minsk razılaşmalarının pozulması kimi qiymətləndirir.

Avstraliya Rusiya əleyhinə sanksiyalar elan etməyə hazırdır
- Rusiyanın Ukraynanın Donetsk və Luqansk separatçı ərazilərinin qeyri-qanuni və birtərəfli qaydada “müstəqillik” elanını tanıması beynəlxalq hüququn fundamental prinsiplərinin, Ukraynanın ərazi bütövlüyünün və Minsk razılaşmalarının açıq şəkildə pozulmasıdır, - bəyanatda deyilir.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin bazar ertəsi Təhlükəsizlik Şurasının fövqəladə iclasından sonra vətəndaşlara müraciət edərək, qondarma "LXR" və "DXR"-in suverenliyini dərhal tanımaq barədə qərar qəbul etməyi zəruri saydığını söylədi. Müraciətdən sonra Prezident Kremldə hər iki ərazini tanıyan fərmanlar imzaladı.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Yunanıstan   Rusiya  



Xəbər lenti