İrəvan AVRONEST-in iclasına gələnləri zibillə qarşılayır- FOTOLAR

   İrəvan AVRONEST-in iclasına gələnləri zibillə qarşılayır-   FOTOLAR
  22 Fevral 2022    Oxunub:2516
Ermənistanın paytaxtı İrəvanda AVRONEST Parlament Assambleyasının komitə iclası keçirilir. AzVision.az xəbər verir ki, yerli media İrəvanın mühüm beynəlxalq tədbirlərə hələ də hazır olmamasından yazıb.
Müxalif saytlar hətta paytaxtın elementar ictimai-iaşə, kommunal problemlərinin öhdəsindən gələ bilmədiyinə diqqət çəkib.

İrəvana gedən deputatlarımızın təhlükəsizliyi gücləndirilib- VİDEO
- Hazırda İrəvanın siması budur. Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan hazırda ətrafı zibil poliqonunu xatırladan Dəmirçiyan adına İdman-Konsert Kompleksində iclas keçirir. Bizim axı yeni merimiz də var idi,-məqalədə yazılıb.

Xatırladaq ki, fevralın 21-22-də İrəvanda AVRONEST Parlament Assambleyasının büro və komissiyalarının iclasları keçirilir. İclaslarda Şərq Tərəfdaşlığı ölkələrinin parlamentləri və Avropa Parlamentinin deputatları iştirak edirlər. Azərbaycanı iclaslarda parlamentin üzvləri Soltan Məmmədov və Tahir Mirkişili təmsil edir.







Tural Tağıyev
AzVision.az



Teqlər:   İrəvan   Zibil  



Xəbər lenti