“İntel” 1500 adamı işdən çıxarır

“İntel” 1500 adamı işdən çıxarır
  10 Aprel 2014    Oxunub:1530
AzVision.az İctnews.az -a istinadən verdiyi xəbərə görə, Intel” şirkəti Kosta-Rikanın Erediya şəhərində yerləşən zavodun bağlanması ilə əlaqədar 1,5 min əməkdaşını işdən azad edir.
1997-ci ildə istifadəyə verilən zavodda şirkət yığma əməliyyatlarını həyata keçirib və mikrosxemlərin sınaqlarını aparıb. “Intel” nümayəndəsi Çak Malloyun sözlərinə görə, altı ay ərzində sifarişlər buradan şirkətin Çin, Malayziya və Vyetnamda yerləşən zavodlarına köçürüləcək.

Aprelin 8-də ABŞ istehsalçısı nümayəndələri bu günlərdə Kosta-Rikanın yeni prezidenti seçilmiş Luis Qilermo Solis ilə görüşüblər. Görüş zamanı şirkət rəhbərliyi ölkə prezidentinə onların zavodun bağlanması ilə bağlı qəbul etdikləri qərarın hakimiyyət dəyişikliyinə aid olmamasını bildirib.
Kosta-Rikada yığım və sınaq xətlərinə xidmət göstərən personal ilə yanaşı, 1 mindən çox tədqiqatçı və digər mütəxəssislər çalışır. Onların iş yerləri saxlanılacaq. Bundan başqa, ilin sonunadək “Intel” daha 200 nəfəri işə qəbul etməyi planlaşdırır.

Cari ilin yanvarında “Intel” dünya üzrə 107 min nəfərin daxil olduğu ştatını 5 faiz – 5,35 min nəfəri azaltmaq niyyətində olduğunu açıqlayıb. Kosta-Rikada həyata keçirilən ixtisarlar bu planın tərkib hissəsidir.

Bundan başqa, şirkət Arizonada 14 nanometrlik texnologiya əsasında mikrosxem istehsalı zavodunun istifadəyə verilməsini qeyri-müəyyən müddətə təxirə salıb. Zavodun inşasına kapital xərclərinin məbləği 5 milyard təşkil edir.

“Intel” fərdi kompüterlərə tələbatın azalması səbəbindən planlarına dəyişiklik etmək məcburiyyətində qalıb. “Gartner” analitik şirkətinin məlumatına görə, 2013-cü ildə dünya bazarına fərdi kompüterlərin tədarük həcmi 2012-ci illə müqayisədə 10 faiz - 315,97 milyon ədədədək azalıb ki, bu da rekord azalma kimi tarixə düşüb. Analitiklərin proqnozlarına görə, 2014-cü ildə ənənəvi fərdi kompüterlərin dünya bazarına tədarükü 6,6 faiz azalacaq,


Teqlər:  





Xəbər lenti