ABŞ diplomatlarını Kiyevdən Polşaya təxliyə edir

 ABŞ diplomatlarını Kiyevdən  Polşaya təxliyə edir
  22 Fevral 2022    Oxunub:1562
ABŞ Dövlət Departamenti Ukraynada olan bütün əməkdaşlarını təhlükəsizlik səbəbi ilə müvəqqəti olaraq bu ölkədən Polşaya köçürür.
AzVision.az xəbər verir ki, bu barədə mənbələrinə istinadən “Bloomberg” məlumat yayıb.

Bildirilir ki, burada söhbət xüsusilə ABŞ-ın Ukraynadakı səfirliyinin əməkdaşlarından gedir.

Mənbələrdən birinin məlumatına görə, ABŞ hökuməti Rusiyanın Ukraynaya hücumu olmasa, sabah səhər işçiləri geri qaytarmaq niyyətindədir.

Dövlət Departamenti və Milli Təhlükəsizlik Şurası məsələ barədə açıqlama verməkdən imtina edib.

Xatırladaq ki, ABŞ ötən həftə Ukraynadakı səfirliyini müvəqqəti olaraq Kiyevdən Lvova köçürüb.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: ABŞ-səfirliyi   Ukrayna  



Xəbər lenti