Avropa İttifaqının geosiyasi bayramı başa çatıb

 Avropa İttifaqının geosiyasi bayramı başa çatıb
  22 Fevral 2022    Oxunub:1765
Avropa Parlamentinin aparıcı fraksiyası - mühafizəkar Avropa Xalq Partiyası (APP) “Donetsk və Luqansk Xalq Respublikaları”nı tanımasına görə Rusiyaya qarşı dərhal iqtisadi sanksiyaların tətbiqini tələb edib.
AzVision.az xəbər verir ki, bu barədə fraksiyanın yaydığı “Avropa İttifaqının geosiyasi bayramı başa çatıb” bəyanatında deyilir. Qeyd olunub ki, Ukraynada iki separatçı ərazinin tanınması münaqişənin birtərəfli eskalasiyasıdır və bu, Rusiya tərəfindən Donetsk və Luqanskın hərbi işğalına səbəb olacaq:

“Avropa İttifaqının reaksiyası dərhal olmalıdır. Rusiyaya heç bir güzəştə getmədən tədricən Aİ iqtisadiyyatından ayırmaq üçün yeni sanksiyalar paketi qəbul edilməlidir. NATO və Aİ-nin Ukraynaya hərbi dəstəyin tam həcmi nəzərdən keçirilməlidir. Avropanın geosiyasi bayramı başa çatıb”.


AzVision.az


Teqlər: Avropa   Ukrayna  



Xəbər lenti