Separatçılar Ukrayna hərbçilərinə hücum edib: 2 ölü, 14 yaralı-VİDEO

 Separatçılar Ukrayna hərbçilərinə hücum edib:   2 ölü, 14 yaralı-VİDEO
  22 Fevral 2022    Oxunub:2387
Ukraynada vəziyyət daha da gərginləşib. AzVision.az xəbər verir ki, bu gün Rusiya hərbi saytları Ukraynanın Donetsk bölgəsində lokal döyüşlərin getdiyini yazıb. Bildirilir ki, "Donetsk Xalq Respublikası"nın(DXR) hərbi qüvvələri Ukrayna Silahlı Qüvvələrinin möhkəmləndirilmiş məntəqəsinə hücum ediblər.
Separatçıların "Bayraktar" qorxusu- "DXR" Rusiyaya müraciət etdi
- Döyüş bəlgəsindən çəkilən videodan da aşkar görünür ki, atılan iki tank əleyhinə idarə olunan raket hədəfi dəqiq vurub. Hadisə fevralın 22-i səhər saatlarında baş verib. "DXR" bölmələrindən biri Ukrayna Silahlı Qüvvələrinin sursat məntəqəsinə hücum edib. Hücumun videosu Telegram kanallarında yayımlanıb.

Ukrayna hərbçilərinin mövqelərinə atılan tank əleyhinə raketlərdən biri ordunun sursat daşıyan yük maşınına dəyib. Digər raket isə atəş nöqtəsində ukraynalı əsgərlərin gizləndiyi yeraltı sığınacağa dəyib. Hələlik itkilər barədə dəqiq məlumat yoxdur. Lakin bəzi məlumatlara görə, bu hücum nəticəsində iki ukraynalı hərbçi həlak olub, 12 nəfər isə yaralanıb,məqalədə yazılıb.



Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin bazar ertəsi Təhlükəsizlik Şurasının fövqəladə geniş iclasından sonra vətəndaşlara müraciət edərək, qondarma "LXR" və "DXR"-in suverenliyini dərhal tanımaq barədə qərar qəbul etməyi zəruri saydığını söylədi. Müraciətdən sonra Prezident Kremldə hər iki ərazini tanıyan fərmanlar imzaladı.

Tural Tağıyev
AzVision.az


Teqlər:   Ukrayna   Donetsk  



Xəbər lenti