Ukrayna Rusiya ilə diplomatik münasibətləri kəsə bilər

   Ukrayna Rusiya ilə diplomatik münasibətləri kəsə bilər
  22 Fevral 2022    Oxunub:1025
Ukrayna prezidenti Vladimir Zelenski Xarici İşlər Nazirliyindən Rusiya ilə diplomatik münasibətləri kəsmək barədə müraciət alıb.
AzVision.az xəbər verir ki, bu barədə Ukraynanın dövlət başçısı estoniyalı həmkarı Alar Karislə birgə mətbuat konfransında deyib.

“Xarici İşlər Nazirliyindən Rusiya ilə diplomatik əlaqələrin kəsilməsi ilə bağlı müraciət almışam. Mən bunu nəzərdən keçirəcəm”, - Zelenski söyləyib.

O hesab edir ki, Rusiya Federasiyasının “Donetsk və Luqansk Xalq Respublikalarının” (DXR və LXR) “suverenliyini” tanımaq qərarı Moskvanın Ukraynaya qarşı “sonrakı silahlı təcavüzü” üçün hüquqi əsas yaradır. Rusiya bu qərarı ilə bütün beynəlxalq öhdəlikləri pozub.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Zelenski  



Xəbər lenti