Kataloniyanın müstəqilliyi rədd edildi

Kataloniyanın müstəqilliyi rədd edildi
  10 Aprel 2014    Oxunub:1560
İspaniya parlamenti Kataloniyada hakimiyyətdə olan millətçilərin regionun müstəqilliyi ilə bağlı noyabrın 9-da keçirmək istədikləri referenduma dair layihəni rədd edib.
Referendumun əleyhinə olan İspaniya hökumətinin başçısı Mariano Rojay millətçilərin bu niyyətini ölkəni parçalamaq kimi dəyərləndirmiş və qeyd edib ki, Kataloniya İspaniyanın əzəl ərazisidir və onu İspaniyanın və Avropanın hüdudlarından kənarda təsəvvür etmək qeyri-mümkündür.

İspaniyalı deputatların əksəriyyəti referendumun əleyhinə çıxıb. Müzakirələrdən sonra layihə səsə qoyulmuş və 299 deputat sənədin əleyhinə, 29-u lehinə səs vermiş, 1 deputat bitərəf qalıb.

Regionun millətçi sədri noyabrın 9-da referendumun keçirilməsində israrlı olduğunu bəyan edib.

Xatırladaq ki, hakimiyyətdə olan millətçilər Kataloniyanı İspaniyadan ayırmaqla müstəqil dövlət yaratmaq istəyirlər.


Teqlər:





Xəbər lenti